Rusiyanın şərti: “ABŞ-ın çıxacağı bölgələr Suriya hökumətinə verilməlidir”

26 Dekabr, 2018 20:36 | Siyasət | Baxış sayı: 75
Mariya Zaxarova
Mariya Zaxarova

Mariya Zaxarova qərarın qətilik hüququ daşımadığını deyib

Rusiyanın xarici işlər nazirinin sözçüsü Mariya Zaxarova mətbuat konfransı keçirib.

İstiPress-in məlumatına görə, ABŞ-ın qoşunlarını Suriyadan geri çəkməsinə münasibət bildirən sözçü Amerikanın bununla bağlı dəqiq tarix göstərmədiyini və bununla da qərarın qətilik hüququ daşımadığını deyib:

“Şübhəsiz, bu qərarın əhəmiyyətini başa düşürük. Qiymətləndirmələrimizə əsasən, bu, problemin həllinə kömək edəcək. ABŞ-ın çəkiləcəyi bölgələr Suriya hökumətinə təhvil verilməlidir”. 

Zaxarova Moskvanın dəfələrlə ABŞ ordusunun Suriyada olmasının münaqişənin həllində ciddi əngəl olduğu xəbərdarlığını etdiyini bildirib.