Rusiya Qarabağ münaqişəsinin 2019-cu ildə həlli barədə

26 Dekabr, 2018 15:25 | Siyasət | Baxış sayı: 198
Ermənistan ordusu işğal edilmiş Azərbaycan torpağında
Ermənistan ordusu işğal edilmiş Azərbaycan torpağında

Mariya Zaxarova: "Görülən bütün tədbirlərə tərəfdar çıxmışıq"

 "Rusiya Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunması üçün bütün mümkün addımların atılmasına tərəfdardır".

İstiPress-in məlumatına görə, bunu Dağlıq Qarabağ münaqişəsinin 2019-cu ildə həll olunması ehtimallarından danışan Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Biz vaxt məhdudiyyəti qoymuruq. Biz həmişə bu problemin tezliklə həll olunmasına və bu məqsədlə görülən bütün tədbirlərə tərəfdar çıxmışıq”, - deyən M.Zaxarova münaqişənin uzunmüddətli olduğundan konkret nə vaxt həllini tapacağını söyləməyin çətin olduğunu dilə gətirib.

“Lakin Rusiya tərəfindən istər həmsədr qismində, istər milli vahid, istərsə də Azərbaycan və Ermənistanla birgə tarixi keçmişi olan ölkə kimi, asılı olan nə varsa, bütün zəruri addımlar atılacaq”, - Rusiya XİN rəsmisi vurğulayıb.