Moskvada həyəcan: Paşinyan Qarabağda uduzur

26 Dekabr, 2018 17:47 | Siyasət | Baxış sayı: 905
Nikol Paşinyan Qarabağda
Nikol Paşinyan Qarabağda

Ermənistanı müdafiə edən qərbin və Rusiyanın manevr imkanları daralır

Ermənipərəst rusiyalı şərhçi, erməni faşizminin böyük müdafiəçisi Stanislav Tarasov birdən birə Azərbaycanın Qarabağ münaqişəsi ilə bağlı apardığı  diplomatik işin uğurlu olduğunu etiraf etməyə başlayıb.

İstiPress-in məlum atına görə, Tarasov məsələ ilə bağlı "Regnum"da bu gün yazdığı məqaləsinqdə bildirib: «Əliyev açıq-aydın Ermənistan hökumətinin başçısı Nikol Paşinyanı məğlub edir – Paşinyan öz sələflərinin təcrübəsinə malik deyil. Paşinyanın problemi Moskvada, ya da Qərbdə deyil, Bakının geniş aə iri miqyaslı xarici siyasət manevrləri aparmaq qabiliyyətindədir»,- deyə Stanislav Tarasov vuruğulayır.

Rusiyalı şərhçinin fikrincə, xarici siyasət labirintində yolunu azmış Paşinyan xarici siyasətdə səhvlə buraxır və Bakı sülhpərəst siyasət nümayiş etdirməklə Ermənistanın səhvlərini daha qabarıq göstərməyə nail olur.  

Yəni rusiyalı ekspert açıq yazmasa da, işarə vurur ki, Azərbaycanın adekvat siyasəti beynəlxalq aləmdə Ermənistanın Qarabağ iddialarının əsassız olduğunu getdikcə daha qabarıq sübut edir. Yəni ermənilərə xəbərdarlıq edir ki, hələ ki, xristian həmrəyliyi  müstəvisində Ermənistanı müdafiə edən qərbin və Rusiyanın manevr imkanları daralır və Azərbaycanın münaqişəni hər yolu ilə həll etməsinə xeyr-dua verməkdən başqa yolları qalmayacaq.

Madrid prinsiplərinə əsasən Azərbaycanın işğal olumuş ərazilərinin mərhələli şəkildə azad olunması
Madrid prinsiplərinə əsasən Azərbaycanın işğal olumuş ərazilərinin mərhələli şəkildə azad olunması

Ermənistanın işğalçılıq siyasəti üçün yaranmış bu təhlükəni "1in.am"a müsahibə vermiş erməni ekspert Artur Kazinyan da görür. Onun fikrincə, yaxın zamanlarda  Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dönüş başlayacaq və bu, Ermənistanın status-kvonu saxlamaq imkanlarını sıfra endirəcək. Kazinyan bu vəziyyəti ABŞ qoşunlarının Suriyanı tərk etməsi ilə bağlayır. O, bu məsələdə gizli Rusiya-ABŞ  sövdələşməsinin olduğunu bildirir.

Kazinyan açıq bildirməsə də, ABŞ və Rusiyanın Qarabağ məsələsinin həllində də razılaşa biləcəyini vurğulayır. Hər iki süper güc Dağlıq Qarabağ münaqşiəsinin həllinin ilk addımı kimi Ermənistanın işğal etdiyi beş rayonu boşaltmasının görürlər ki, İrəvan bununla razılaşmaq istəmir. Supergüclərinbu istəyi həm ABŞ-ın Ermənistandakı keçmiş səfiri, həm də Belarus prezidenti Lukaşenko tərəfindən açıqlanıb. 

Böyük ehtimalla, Kazinyan qorxur ki, Paşinyanın psevdo-patriot ritorikası supergüclər tərəfindən Azərbaycana müharibə kart-blanşı verilməsinə gətirib çıxarar. Yəni ATƏT-in Minsk qrupunda həmsədr olan superüclər Ermənistanı qorumaqdan geri çəkilərlər və Azərbaycanın terror əleyhinə əməliyyatlar aparmasına icazə verə bilərlər. Bu isə Ermənistan üçün sonun başlanğıcı  deməkdir.