Bakıda Avropaya "siyasi arayış" satanlar tutuldu

26 Dekabr, 2018 09:48 | Siyasət | Baxış sayı: 139
DTX
DTX

İşbazların əli ilə adamlar Qərbdə həyatları təhlükədə olan şəxslər kimi sığınacaq alıblar

Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Avropaya emiqrasiya üçün “siyasi arayışlar” verən növbəti şəbəkəni ifşa ediblər. Xüsusi xidmət orqanları 63 yaşlı Bakı sakini Mübariz Vəli oğlu Yusibovu və 53 yaşlı Firudin Məmmədəli oğlu Mustafayevi saxlayıblar.

İstiPress-in "virtualaz"a istinadla verdiyi məlumata görə, saxlanılmış şəxslər uzun illər ərzində Avropa ölkələrində yaşayış hüququ almaq istəyənlər üçün cinayət işlərinin siyasi xarakteri haqqında məhkəmə və hüquq-mühafizə orqanlarının qərarlarını saxtalaşdırıblar. Bu işbazların əli ilə onlarla, hətta yüzlərlə insan Qərbdə hakimiyyət tərəfindən izlənilən və həyatları təhlükədə olan şəxslər kimi sığınacaq alıblar!

Axtarış vaxtı Mübariz Yusibovun mənzilindən icra hakimiyyətindəki yüksək vəzifəli şəxslərin saxta imza nümunələri (faksimile), saxta möhürlər, blanklar, dövlət idarələrinin rekvizitləri aşkarlanıb. Həmin bu blanklarda Yusibov və onun əlaltıları mövcud olmayan qərarları çap edir və onları hüquq-mühafiz orqanlarının saxta imzaları ilə təsdiqləyirdilər. Cinayətkarlar polisə və məhkəmələrə çağırış vərəqələrini belə saxtalaşdırmağı bacarıblar. Yalançı hakimlərin texnologiyası istənilən fantaziyanı üstələyir – götürülmüş sənədlərin arasında hətta xüsusi əşyayi-dəlillər var ki, bunlar üzrə “ittiham aktları” yazılırmış.

İstintaq tədbirlərinin gedişində müəyyən edilib ki, “Get Contact” mobil proqramının istifadəçilərinin kontaktlarında Mübariz Yusibov vətəndaşların emiqrasiyasına yardım edən şəxs kimi göstərilib. 

O ki qaldı bu səs-küylü işin ikinci fiqurantına, el arasında “kor Firudin” kimi tanınan Firidun Mustafayev digər cinayətkara sənədlərin notarial qaydada təsdiqini saxtalaşdırmaqda kömək edirmiş! İttiham olunanlar Cinayət Məcəlləsinin 320-ci maddəsi (rəsmi sənədlərin saxtalaşdırılması) üzrə cinayət məsuliyyətinə cəlb ediliblər.

Yusibovla Mustafayevin saxtalaşdırma sisteminin köməyi ilə neçə müxalifətçinin ölkədən getməsini və dünya tərəfindən tanınmasını yalnız təxmin etmək olar.

Mübariz Yusibov
Mübariz Yusibov
 Firidun Mustafayev
Firidun Mustafayev