Zakir Həsənov ön cəbhədə döyüş tapşırığı verdi

26 Dekabr, 2017 12:53 | Siyasət | Baxış sayı: 321
Zakir Həsənov ön cəbhədə
Zakir Həsənov ön cəbhədə

Ali Baş Komandanın qoyduğu tapşırıqlar şəxsi heyətin diqqətinə çatdırılıb

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada olan general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti daha bir hərbi hissədə əsgərlərlə görüşüb, yeni inşa edilən qərargah binasının və hərbi texnika üçün saxlancların açılışında iştirak edib.

IstiPress-in məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hərbi hissədə həyata keçirilən tikinti-quruculuq işləri barədə məruzə edildikdən sonra müdafiə naziri burada yaradılan şəraitlə tanış olub.

General-polkovnik Z.Həsənov qərargahda xidməti və inzibati otaqlara, eləcə də hərbi texnika üçün nəzərdə tutulmuş saxlanclara, avtoparka baxış keçirib müvafiq tapşırıqlar verib.

Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları bir daha şəxsi heyətin diqqətinə çatdıran müdafiə naziri, qarşıdan gələn bayramlar münasibətilə dövlət başçısı adından şəxsi heyəti təbrik edərək xidmətdə fərqlənənlərə mükafatlar və qiymətli hədiyyələr təqdim edib.

Azərbaycan ordusunun ön cəbhədəki zirehli texnikası
Azərbaycan ordusunun ön cəbhədəki zirehli texnikası