Türkiyə Sudandan ada istədi

26 Dekabr, 2017 14:03 | Siyasət | Baxış sayı: 145
Ərdoğan Sudanda
Ərdoğan Sudanda

"Bura yerlə yeksan edilib"

Türkiyə Sudandan ada istədi. İstiPress-in məlumatına görə, Sudana səfər edən premzident Rəcəb Tayyib Ərdoğan həmkarı Ömər Əl-Bəşirdən Sevakin adasınını Türkiyənin bərpa etməsinə icazə verməsini xahiş edib. 

"Bu gün prezidentdən xahiş etdim. Port Sudana, oradan da adaya getdik. Hənəfi və Şafii məscidlərinin restavrasiyaya ehtiyacı var. "Bu adanı bizə versəniz, tarixi adına uyğun hala salsaq" dedim. Çünki Sevakin adasını bu halda görmək bizi kədərləndirdi. Yerlə yeksan olub. Kim? qərb. Qərbin xarakterində bu var. İndi isə onu yenidən inkişaf etdirmək, ayağa qaldırmaq bizə nəsib olur". 

Sevakin uzun zaman öncə bölgənin ən önəmli limanlarından biri hesab edilirdi. Osmanlı İmperiyası zamanında dənizdən gələn təhlükələrə qarşı Qırmızı dəniz və Hicazın təhlükəsizliyi bu ada vasitəsilə təmin edilirdi.