Rusiyadan savaş zonasında gözlənilməz həmlə

26 Dekabr, 2017 15:05 | Siyasət | Baxış sayı: 269
Rusiya hərbçiləri
Rusiya hərbçiləri

Daimi qoşun qruplaşması yaradılır

Rusiya Suriyada balansı dəyişəcək addım atıb. İstiPress-in məlumatına görə, bir müddət öncə Suriyadan çəkiləcəklərini açıqlayan Rusiya əks həmlə edib. Rusiyanın Suriya ərazisində daimi qoşun qruplaşması yaradılır. Qruplaşmalar Tartus və Hmeymim bazalarında formalaşdırılacaq. 

Bunu müdafiə naziri Sergey Şoyqu deyib. O,bazaların strukturunu və ştatını təsdiqlədiyini söyləyib. Nazir bu barədə müqavilələrin ratifikasiyasına görə parlamentə təşəkkür edib.

Nazir ilk dəfə olaraq Suriya əməliyyatları zamanı hərbi polisin də fəaliyyətindən genişmiqyasda istifadə edildiyini və bunun yaxşı nəticələr verdiyini bildirib. 

Xatırladaq ki, Suriyada başlayan vətəndaş müharibəsinin 7 ili bitir. Rusiya Suriyadakı əməliyyatlara 2015-ci ildən qoşulub. Rusiyanın hava əməliyyatları və hərbi birlikləri prezident Bəşər Əsədin mövqeyinin möhkəmlənməsində önəmli rol oynayıb.

İki həftə öncə müdafiə naziri Şoydu Rusiyanın Suriyadakı hərbiçilərinin bir hissəsini çıxaracağını açıqlamışdı. Rusiya prezidenti Vladimi Putin də ötən il bənzər açıqlama verib. Lakin hərbçilərin çıxarılması baş tutmamışdı.