Prezidentdən yeni təyinat

26 Dekabr, 2017 13:32 | Siyasət | Baxış sayı: 193
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Prezidenti İlham Əliyev

Deputatın oğluna vəzifə verildi

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri təyin edilib.

İstiPress-in məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb, sərəncam rəsmi mətbuatda bu gün dərc olunub.

Sərəncama əsasən, Fəxri Xanhüseyn oğlu Kazımov Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri təyin edilib.

F.Kazımov Sosial Rifah Partiyasının sədri, Biləsuvar rayonundan olan deputat Xanhüseyn Kazımlının oğludur. 

Fəxri Kazımov - Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri
Fəxri Kazımov - Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri