Keçmiş müdafiə naziri saxlanılıb

26 Dekabr, 2017 11:20 | Siyasət | Baxış sayı: 395
Rəhim Qazıyev
Rəhim Qazıyev

Rəhim Qazıyev parkda saxlanılaraq Polis Bölməsinə aparılıb

Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyev dünən, dekabrın 25-də, günorta saatlarında Bakıda “Nəriman Nərimanov” metro stansiyasının qarşısındakı parkda saxlanılaraq Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə aparılıb. 

İstiPress-in məlumatına görə, bu barədə keçmiş nazirin qohumları “Amerikanın Səsi”nə bildiriblər.

R.Qazıyevin hansı səbəbdən saxlanıldığı barədə məlumat verilmir.