İlham Əliyev Moskvaya gedir

26 Dekabr, 2017 08:40 | Siyasət | Baxış sayı: 83
MDB ölkələrinin bayraqları
MDB ölkələrinin bayraqları

MDB liderləri toplaşır

Bu gün Moskvada Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək. Görüş Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə baş tutacaq.

İstiPress-in məlumatına görə, görüşdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan və Özbəkistanın dövlət başçıları iştirak edəcək. 

Sammitdə 2017-ci ildə MDB-də Rusiyanın sədrliyinin yekunlarının müzakirə edilməsi və müxtəlif sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılması planlaşdırılır.