Erməni fantaziyası

26 Dekabr, 2017 10:01 | Siyasət | Baxış sayı: 114
Bal
Bal

Çini bal, Avropanı balıqla təmin edəcəyik

"Biz Çini balla, Avropanı isə  balıqla təmin etməyi planlaşdırırıq". Bu sensasion bəyanatla ərzaq təhlükəsizliyi üzrə dövlət xidmətinin rəhbəri İşxan Karapetyan çıxış edib. Lakin o, bunun nə zaman olacağını deməyib. 10, 20 il, bəlkədə gələn yüzillikdə.

Erməni iqtisadçıların fikrincə, bu gün ölkədə yoxsulluq həddindən aşağıda rekord sayds insan yaşayır. Rəsmi İrəvan ilk növbədə ac əhalisini balla təmin etmsin, sonra milyarddan çox əhalisi olan Çinə ötürsün.

Sevan adlı balaca bir göl sayəsində bütün Avropanı da balıqla necə təmin edəcəkləri də şübhəlidir. Görünür bu da ermənilərin növbəti fantaziyasıdır. Bunun köməyi ilə İrəvandan dünyanı heyrətləndirmək istəyirlər.

"Forbes"in məlumatına görə, Ermənistan iqtisadiyyatının reytinqi aşağı düşüb - 75 ci yerden 88 yerə.