Milli Məclis Fransanın həmsədrlikdən çıxarılması üçün hökumətə müraciət edib

26 Noyabr, 2020 14:15 | Siyasət | Baxış sayı: 41
Milli Məclis
Milli Məclis

Milli Məclis noyabrın 25-də Fransa Senatının hökuməti qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağıran tövsiyə xarakterli qəbul etdiyi qətnaməsi ilə bağlı bəyanat yayıb.

İstiPress-in məlumatına görə, bəyanatda ölkə parlamenti tərəfindən aşağıdakı məsələlərlə bağlı Azərbaycan hökumətinə çağırış edilib.

1.Fransanın ATƏT-in Minsk qrupundan çıxarılması üçün təşkilat rəhbərliyinə müraciət edilsin.

2.Azərbaycanla Fransa arasında siyasi münasibətlərə yenidən baxılsın.

3.İqtisadi əlaqələr yenidən təhlil edilərək müvafiq tədbirlər görülsün.