Kəlbəcər Azərbaycana təhvil verildi - VİDEO

26 Noyabr, 2020 10:35 | Siyasət | Baxış sayı: 124
Azərbaycan əsgərləri Kəlbəcərdə
Azərbaycan əsgərləri Kəlbəcərdə

Kəlbəcər rayonu Azərbaycana rusiyalı sülhməramlıların nəzarəti altında təhvil verilib. 

İstiPress TASS-a istinadən xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya sülhməramlı kontingentinin hərbçiləri Kəlbəcər rayonunun Azərbaycan tərəfinə təhvil verilməsi zamanı mülki əhalinin təhlükəsiz və mütəşəkkil köçürülməsini təmin etdilər”, - məlumatda bildirilib. 

Qeyd edək ki, Kəlbəcərin təhvil verilməsi Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya dövlət başçısı Vladimir Putinin və Ermənistan baş naziri Nikol Paşinyanın noyabrın 10-da imzaladığı birgə bəyanata əsasən həyata keçirilib.