Tiflisdə ara yenə qarışdı

26 Noyabr, 2019 08:55 | Siyasət | Baxış sayı: 39
Tiflis
Tiflis

Onlarla etirazçı parlamen binası qarşısında çadırlar qurdu

Gürcütsnın paytaxtı Tiflisdə yenidən nümayişçilər küçələrə çıxmağa başlayıblar. Bir qrup etirazçı parlamentin binası qarşısındakı Rustaveli prospektində çadırlar qurub. 

Gecə saatlarında küçəyə çıxan nümayişçilər parlamentin binasına yürüş ediblər. Onlar parlament binası önünü nəqliyyatın hərəkəti üçün bağlayıblar. Toplaşanlar deputatların binaya girişinə mane olacaqlarını açıqlayıblar.

Səhər saatlarından Gürsütan təhlükəsizlik qüvvələri yenidən etirazçıları dağıtmağa başlayıblar. Onlara qarşı su çırnaqlarındna istifadə edilib. 

Son məlumata görə, xüsusi təyinatlılar parlament binasının ətrafında, eləcə də ona bitişik keçələrdə növbə çəkirlər. Prospektdə hələ də onlarla nümayişçi var. Lakin nəqliyyatın hərəkəti bərpa edilib.

İddiaya görə, aksiyanın dağıdılması zamanı 20-yə yaxın insan saxlanılıb. DİN hələlik bununla bağlı rəsmi açıqlama verməyib. 

Xatırladaq ki, ölkədə etirazlar bu ayın əvəllərindən başlayıb. Aksiyaçılar növbədənkənar parlament seçkilərinin keçirilməsi, seçki sisteminin dəyişdirilməsi ilə bağlı tələbləri yerinə yetirilməyənə qədər ərazini tərk etməyəcəklərini bildirmişdilər. Lakin aksiya polis tərəfidnən dağıdılmışdı.