Prezident Qubadlının azad edilməsinə rəhbərlik edən komandirləri təbrik etdi

26 Oktyabr, 2020 16:40 | Siyasət | Baxış sayı: 63

Ali Baş Komandan, Prezident İlham Əliyev Qubadlı şəhəri və Qubadlı rayonunun bir neçə kəndinin işğalçılardan azad olunmasında fərqlənmiş hərbi birlik komandirləri Yaşar Həsənovu və Zaur Quliyevi təbrik edib.

İstiPress-in məlumatına görə, dövlətimizin başçısı onlara Vətən uğrunda gedən döyüşlərdə yeni uğurlar arzulayıb. Tapşırıb ki, onun təbriklərini və təşəkkürlərini bütün şəxsi heyətə çatdırsınlar.

Məlumatı prezidentin mətbuat xidməti yayıb.