Düşmən Laçın istiqamətindən bölmələrimizi artilleriya atəşinə tutub

26 Oktyabr, 2020 10:22 | Siyasət | Baxış sayı: 50
Laçın, Güləbird kəndi - 2014
Laçın, Güləbird kəndi - 2014

Oktyabrın 26-da saat 08.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə əldə olunmuş razılaşmanı kobud surətdə pozub. Saat 08.05-də Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozaraq Laçın şəhəri istiqamətindən Laçının Səfiyan kəndində yerləşən Azərbaycan Ordusunun bölmələrini artilleriya atəşinə tutub.

İstiPress bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.