Metroda gediş haqqı artdı, ölkə qarışdı FOTOLAR

26 Oktyabr, 2019 11:16 | Siyasət | Baxış sayı: 260
Çili də nümayiş
Çili də nümayiş

Çilidə hökumətə etiraz etmək üçün küçəyə çıxanlar rekord vurdular

Çilidə metroda gediş haqqının artımından sonra başlayan nümayişlər  davam edir. Ötən gün hökumət əleyhinə keçirilən aksiyalarda rekord vurulub. Bir həftədir ki, davam edən mitinqdə paytaxt Santyaqo küçələrinə 1.2 milyondan çox adam çıxıb. Bu, Çili üçün bütün dövrlərin rekord rəqəmidir. 

Aksiyaçılar ölkədəki sosial-iqtisadi vəziyyətdən narazılıq edirlər. Çilililər ölkədə sosial bərabərsizliyə etiraz edir, sosial və iqtisadi siyasətin dəyişməsini tələb edirlər. 

Nümayişçilərin istefasını tələb etdiyi prezident Sebastyan Pinyera isə özünün "Twitter" səhifəsində bildirib ki, hakimiyyət insanların səsini eşitdi. "Biz hamımız tələbləri eşitdik. Biz hamımız dəyişmişik". 

Xatırladaq ki, toqquşmalarla nəticələnən nümayişlər metroda gediş haqqının 30 peso (0,04 dollar) artaraq 850 pesoya (1,2 dollara) qalxmasından sonra başalayıb. Prezident payataxt və bir neçə iri şəhərdə fövqəladə vəziyyət elan edib. Bununla yanaşı qiymət artımı haqqında qərar da ləğv edilib.  Məlumata görə, iğtişaşlar nəticəsində 19 nəfər ölüb.