Paşinyan Boltona qulaq asacaq?

26 Oktyabr, 2018 10:10 | Siyasət | Baxış sayı: 184
Con Bolton
Con Bolton

Trampın müaşviri "böyük Ermənistan" nağılından əl çəkməyə çağırdı

Hələlik Nikol Paşinyan Ermənistan cəmiyyəti üçün oynayır. O, Azərbaycan ilə Dağlıq Qarabağla bağlı danışıqları ləngitməyə çalışır. Bu günlərdə o yenidən bildirib ki, separatçı rejimin rəhbərliyi də danışıqlar prosesinə cəlb edilməlidir. Mənz onların danışıqlarda iştirak etməməsi prosesi ləngidir.

Baş nazir vəzifələrini icra edən şəxs özü mükəmməl bilir ki, uzun müddət belə davam edə bilməz. Tezliklə partlayış baş verə bilər. Amma görünür ki, sevimli küçələrində özünü Qarabağın qoruyucusu kimi göstərmək Paşinyanın xoşuna gəlir, əvvəlcə işğal edilən Azərbayacan torpaqlarına oğlunu, sonra isə arvadını göndərir.

Amma ABŞ prezidenti Donald Trampın ötən gün İrəvana gedən müşaviri Con Bolton onun üçün çox pis tövsiyyə verib. Amerikalı qonaq deyib ki, əgər o baş nazir olarsa o heç bir ilkin şərtsiz Qarabağla bağlı danışıqlara getmək lazımdır. Paşinyan artıq heç kim, heç nə təhdid edə bilməz.

Con Bolton Ermənistana daha bir çox qiymətli məsləhət verib - amma ölkədə buna heç kim diqqət etməyib. O, ermənilərə məsləhət görüb ki, tarixi  əfsanələrdən xilas olsunlar. Yəni o, deyib ki, böyük Ermənistan, “dənizdən dənizə Ermənistan”  haqqında nağıllar danışmaqdan əl çəkin. Bu ölkəyə dünyada daha böyük imkanlar əldə etməyə imkan verəcək.