Erməni nazirin arzu etmədiyi Qarabağ savaşı

26 Oktyabr, 2018 12:07 | Siyasət | Baxış sayı: 124
Müharibə
Müharibə

Rus politoloq Paşinyanın qorxusundan bəhs etdi

Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyan üçün yeni Qarabağ müharibəsi arzuolunmazdır. Nisbi sakitlik dövründə o "biz heç nə verməyəcəyik" və s kimi sözlərlə janqlyorluq edə bilər. Bunu Rusiya portallarından birinə müsahibəsində müstəqil ekspert Dmitri Verxoturov bildirib. 

Oun sözlərinə görə, müharibə şəraitində Paşinyan kütləvi səfərbərlik başlamalı və Qarabağı qorumağa çalışmalıdır. “Amma təmiz hərbi və hərbi iqtisadi məqamlarla yanaşı, həm də siyasi anlar var. Xüsusilə Rusiyanın mövqeyi. Moskvanın isə İrəvanla münasibətlərində soyuqlaşma var. Bunun üçün də Qarabağda yeni hərbi əməliyyatların başlamasını heç də arzu etmir".