Zaxarova Qarabağdan danışdı - "Alqışlayırıq"

26 Oktyabr, 2017 15:23 | Siyasət | Baxış sayı: 237
Mariya Zaxarova - Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü
Mariya Zaxarova - Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü

Rusiya XİN-dən Bakı və İrəvana çağırış

"Rəsmi Moskva Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair danışıqlar prosesini sürətləndirməyə hazırlıqlarını, eləcədə təmas xəttində gərginliyi azaltmaq üçün əlavə addımlar atmaq cəhdlərini alqışlayır". 

İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib. O, İlham Əliyevlə Serj Sarkisyanın oktyabrın 16-da Cenevrədə keçirdikləri görüşün nəticələrini belə şərh edib. 

Zaxarova həmçinin qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin iki ölkənin xarici işlər nazirinin görüşünü təşkil etmək cəhdlərini də dəstəkləyirlər. O, həmçinin münaqişə zonasındakı vəziyyətdən də təəssüfləndiyini də dilə gətirib. 

"Biz Bakı və İrəvanı həll olunmamış məsələlərin çözülməsində konstruktiv yanaşma nümayiş etdirməyə çağırırıq".