Rusiya Ermənistanda tank döyüşlərinə başladı

26 Oktyabr, 2017 16:18 | Siyasət | Baxış sayı: 565
Rus tankları
Rus tankları

Moskva İrəvanın Avropa Birliyi ilə saziş bağlamaq niyyətindən narahatdır

Rusiya ordusunun Cənub hərbi dairəsinə məxsus  30-dan çox tank bu gün Ermənistanda hərbi təlimlərə başlayıblar.

İstiPress-in məlumatına görə, “Panarmenian” portalı bildirir ki, Gümrüdəki 102-cü hərbi bazaya məxsus tanklar Alagöz dağındakı hərbi poliqonda “tank dueli” keçirir.

Təlimlərdə əsasən “T-72B” tankları iştirak edir. Onların döyüş heyəti 100-ə yaxın Rusiya hərbçisindən ibarətdir. Təlimlər oktyabrın 27-də bitəcək.

Rus tanklarının dağ döyüşlərinə Avropa Birliyi (AB) ilə tərəfdaşlıq sazişi bağlamaq niyyətində olan Ermənistana bir növ təzyiq vasitəsi kimi baxmaq olar. Çünki Alagöz dağı İrəvanın lap yaxınlığında yerləşir və oradan şəhərə hərbi qüvvə yeritmək çox asandır. Adətən Ermənistan üçün kritik günlərdə Rusiya hərbçiləri Alagözdə hərbi təlimlərə başlayırlar. 

Dmitri Medvedev və Karen Karapetyan İrəvanda
Dmitri Medvedev və Karen Karapetyan İrəvanda

Qeyd edək ki, Rusiya baş naziri Dmitri Medvedevin rəhbərlik etdiyi nümayəndə heyətinin Ermənistana bu günlərdə baş tutmüş səfərini də AB ilə noyabrda imzalanması nəzərdə tutulan tərəfdaşlıq sazişi ilə bağlayırlar. Səfəri şərh edən erməni KİV-ləri ilk məsələ kimi Ermənistanın Avropa Birliyi ilə tərəfdaşlıq sazişi bağlamayacağı qənaətinə gəliblər.

Həmçinin, populyar “ArmenianReport” portalında səfər öncəsi məqalə ila çıxış edərək bildirib ki, Medvedev Ermənistanda dövlət idarəetməsinin gələcək strukturunu təsdiq eləməyə gəlib. Rusiya baş naziri həmçinin Sarkisyanın baş nazir kimi ölkəni gələcəkdə də idarə etməsinə razılıq verib. Rus tankları İrəvan ictimaiyyətini təzyiq altında saxlamaq məqsədi ilə də Alagöz dağına qaldırıla bilər.