Əsgərsiz qalan ermənilər qorxuya düşdülər

26 Oktyabr, 2017 09:45 | Siyasət | Baxış sayı: 212
Erməni tələbələr
Erməni tələbələr

Tələbələrin möhlət hüququ ləğv edildi, ölkə qarışdı

Ermənistanda tələbə gənclərin hərbi xidmətdən möhlət hüququnun ləğvi ölkədə böyük narazılığa səbəb olub. Bu qərara nəinki gənclər, hətta parlament üzvlərinin bəziləri özləri belə etiraz edirlər. 

İstiPress-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, "Sarukyan" fraksiyasından olan deputat Naira Zoqrabyan deyib ki, parlamentdə öz oğlu hərbi xidməti keçməyən və heç vaxt keçməyəcək şəxslər oturublar. 

Onun sözlərinə görə, bu məsələnin ordudakı korrupsiyanı azaldacı barədə deyilənlər heç də inandırıcı deyil. Deputat deyib ki, aspirantura pilləsində pulsuz ancaq məmur övladları təhsil alırlar. Onlar isə heç zaman elmlə bağlı olmayacaqlar. 

Erməni parlamentinin bu qərarı ölkədəki tələbələr arasında da böyük narazılıq yaradıb. Ötən gün möhlət hüququnun ləğvinə qarşı çıxan onlarla tələbə parlament binasının qarşısına toplaşaraq etiraz ediblər. Parlament qarşısına yürüş edən gənclər onları təhsildən, elm almaqdan məhrum edəcəklərini düşündükləri bu qanuna qarşı çıxmaq üçün müdafiə naziri ilə görüş tələb edib. Əvvəlcə onlara nazirlə görüşə biləcəkləri vədi verilsə də, sonradan bu alınmayıb. 

Əslində ermənilərin bu addımının səbəbi aydındır. Yoxsulluq, sosial problemlərlə boğuşan ölkənin əhalisi demoqrafik artım haqqında demək olar ki, düşünmür. Ermənilərin indi əsas düşündükləri məsələ ölkədən hansı yolla olursa-olsun qaçmaqdır. Geridə qalanlar isə bir və ya iki uşaqla ifayətlənirlər ki, onları da hərbi xidmətə göndərməmək üçün bütün yollara əl atırlar.

Hərbi xidmətdəkilərin sayaının azaldığını görən hökumət isə əl-ayağa düşüb. İşağl altında olan Qarabağda axı döyüşməyə əsgər lazımdır...