Əfqanıstandakı hərbçilərimiz qayıtdı

26 Oktyabr, 2017 11:36 | Siyasət | Baxış sayı: 39
Sülhməramlılarımız
Sülhməramlılarımız

50 nəfərdən ibarət qrup rotasiya qaydasında Bakıya dönüb

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb. Müdafiə Nazirliyindən İstiPress-ə verilən məlumata görə, NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 50 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.