Milli Şuranın mitinqinə icazə verildi

26 Sentyabr, 2019 17:24 | Siyasət | Baxış sayı: 274
Milli Şuranın mitinqi
Milli Şuranın mitinqi

Mitinq sentyabrın 28-də olacaq

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinq müraciətinə cavab verib. Sentyabrın 28-nə təyin etdiyi mitinqlə bağlı müraciət müsbət cavablandırılıb.

Mitinqin Lökbatan qəsəbəsi, 28 may küçəsi, Neftçi idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsinə razılıq verilib. Bununla bağlı təşkilatçılar məlumatlandırılıb.

Qeyd edək ki, müxalifətin ənənəvi olaraq mitinqlərini keçirdiyi “Məhsul” stadionu təmirə bağlanıb.