Lavrov ABŞ-a "sürpriz" vəd etdi

26 Sentyabr, 2019 16:38 | Siyasət | Baxış sayı: 96
Sergey Lavrov
Sergey Lavrov

Buna səbəb isə BMT iclasına gedən ruslara viza verilməməsi olub

Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin Baş Assambleyasında iştirak etmək üçün hazırlaşan rusiyalı nümayəndə heyətinə viza verilməməsinə görə cavab tədbirləri görüləcəyini elan edib.

Jurnalistlər hansı tədbirlərdən söhbət getdiyi barədə nazirə sual versələr də, o "bizi sürpriz etmək şansından məhrum etməyin" deyə cavab verib. 

Xatırladaq ki, daha öncə XİN rəsmisi Mariya Zaxarova bildirib ki, Nyu-Yorkdakı toplantıya qatılmaq üçün Rusiya nümayəndə heyətinin bəzi üzvlərinə ABŞ vizası verilməyib. Bu "texniki" səbəblərlə əlaqələndirilib. Diplomat Amerikanın izahatını yetərsiz sayıb.

Kreml baş verən hadisə ilə bağlı narahatlığını dilə gətirib, Lavrov isə bunu rüsvayçılıq adlandırıb.