Jak Şirak öldü

26 Sentyabr, 2019 14:12 | Siyasət | Baxış sayı: 124
Jak Şirak
Jak Şirak

Keşmiş prezidentin 87 yaşı var idi

Fransanın sabiq prezidenti Jak Şirak vəfat edib. "Agency France Presse"nin məlumatına görə, eks dövlət başçısı 87 yaşında keçinib. Bu barədə məlumatı siyasətçinin ailə üzvləri bildiirblər. 

Xatırladaq ki, J.Şirak 12 il ərzində - 1995-2007-ci illərdə Fransaya rəhbərlik edib. 

Fransanın görkəmli siyasi və dövlət xadimi. 1974-1976 və 1977-1986-cı illərdə Fransanın Baş naziri, 1988-1995-ci illərdə Paris meri olub. 1974-1976-cı illərdə qollistlərin Respublikanın Müdafiəsi naminə Demokratik İttifaqı Partiyasının Baş katibi, 1976-cı ildən Respublikanın Müdafiəsi naminə Birlik Partiyasının sədri kimi işləmişdi.