İflas - Paşinyanı ABŞ-da sayan olmadı

26 Sentyabr, 2019 10:55 | Siyasət | Baxış sayı: 143
Nikol Paşinyan
Nikol Paşinyan

20 min adam, onlarla amerikalı rəsmi erməni nazirin görüşünə gəlməkdən imtina etdi

Tam iflas - Ermənistanaın baş naziri Nikol Paşinyanın ABŞ-a səfərini məhz belə xarakterizə etmək olar. İş prezident Donald Trampın və ya başqa amerikalı dövlət rəsmisinin onu qəbul etmək istəməməsində də deyil. Los Ancelesdəki doğma erməni icması belə əsas erməni demokratın gəlişindən çox da xoşbəxt olmayıb.

“Qraparaq” qəzeti yazır ki, erməni nazirlə görüşə minumum 35 min insanın gəlməsi nəzərdə tutulmuşdu. Hətta bunun üçün şəhərdəki parkda əlavə yerlər quraşdırılmış, insanların çatdırılması üçün xüsusi avtobuslar sifariş edilmişdi. Lakin Paşinyanla görüşə cəmi 10 minə yaxın adam gəlib.

Erməni nəşr qeyd edir ki, bu erməni toplantısında amerikalı rəsmi şəxslərin iştirakı ilə bağlı xoşagəlməz hadisə olub. 53 konqresmen və senat dəvət edilsə də, onlardan cəmi bir nəfər - Adam Şiff gəlib. Paşinyanın özü də bu görüşü iflas adlandırıb. Qəzetin məlumatına görə, bunun üçün də yaxın zamanda ABŞ səfiri və Los Anceles konsulu öz vəzifəsi ilə vidalaşa bilər.

Qeyd etmək lazımdır ki, Ermənistanın özündə də Paşinyanın işləri yaxşı getmir. “Pass” yazır ki, etiraz edənlər və baş nazirin isttefasını tələb edənlərin sayı hər gün daha da artır. Baş nazir özü isə inqilabaın ikinci mərhələsinə başlayır.

O, indi bəzi yüksəkçinli məmurları işdən çıxarmaq niyyətindədir. əvəzində isə daha sadiq adamlarından ibarət yeni komanda yaradacaq.  Baş "demokrat"ın sözlərinə görə, bu məmurlar işləri korlayır və onun reytinqinin düşməsinə güclü təsir edirlər.

Yeni komanda ona hakimiyyətdə qalmağa kömək edəcək? Yerli politoloqların fikrincə, çətin... İş uzanacaq, amma yenə də iflasla yekunlaşacaq. Bunun səbəbləri isə çoxdur – həm iqtisadi, həm də siyasi arenada. Paşinyanın problemi bir vaqondur...