Fuad Qəhrəmanlının arvadı sirri açdı - "Səbəb xəyanət idi və..."

26 Sentyabr, 2019 09:38 | Siyasət | Baxış sayı: 220
Zümrüd Yağmur və qızı Selcan
Zümrüd Yağmur və qızı Selcan

AXCP sədrinin keçmiş müavinin hbu gün boşanma prosesi başlayır

Bu gün Abşeron Rayon Məhkəməsində Zümrüd Yağmurun (Zümrüd Abıyeva) boşanma ərizəsi əsasında həyat yoldaşı, AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlıya qarşı məhkəmə prosesi keçiriləcək.

Boşanma prosesindən bir gün öncə isə AXCP sədri Əli Kərimlinin sabiq müavini Fuad Qəhrəmanlının xanımı, boşanma ərəfəsində olan yazar Zümrüd Yağmur ailədaxili problemin yaranmasından danışıb. Onun sözlərinə görə, problemlər hələ 2009-cu ildə başlanmışdı. Səbəb də xəyanət idi. "Yəni ərimin mənə xəyanəti". Elə həmin il Fuad Qəhrəmanlının ailəsinə şiddəti başlayıb. "Xəyanətin girdiyi ailədə ab-havanın necə olduğunu, yəqin, hər kəs təsəvvür edir.

Zümrüd Yağmurun dediyinə görə, ailədə dava-dalaş başlayanda, F.Qəhrəmanlı xanımını və övladlarını zorbalığa məruz qoyanda Selcanın 9, Sənayın 6 yaşı vardı.

AXCP sədri Əli Kərimlinin müavini F.Qəhrəmanlı arvadını döyür, azyaşlı qızlarına az qala qan uddururdu. Z.Yağmurun dediyinə görə, əri onun qolunu sındırıb. Ayaq sındırılma məsələsinə gəldikdə isə, bu zədəni alan Selcan yox, Sənay idi.

"2010-cu ilin yanvar ayı idi. AXCP-nin Rəyasət Heyətinin iclası idi evimizdə. Yığıncaqlar uzun müddət evimizdə keçirilib. Həmin gün də yığıncaqdan 15 dəqiqə əvvəl oldu hadisə. Qızlarımla mətbəxdə oturmuşduq. Fuad mətbəxə girdi, büllur stəkanı götürüb bizə tərəf atdı. Stəkan Sənayın dizinə dəydi. Qızımın diz qapağı çatladı. Sənayın diz qapağına kirəc yığılır indi, hələ də müalicə alır". 

Qeyd edək ki, F.Qəhrəmanlının qızı Selcan Yağmur sentyabrın 19-da “Facebook” səhifəsində atasının həyat yoldaşı Zümrüd Yağmura və qızlarına qarşı zorakılığa yol verdiyi qeyd olunan açıqlama ilə çıxış edib. S.Yağmur bunu əsas gətirərək atası Fuad Qəhrəmanlıdan imtina etdiyini yazıb. O, AXCP sədri Əli Kərimlinin də bu vəziyyətdən xəbərdar olduğunu qeyd edib. O bildirib ki, bütün bu işgəncələrin nəticəsi olaraq atasından imtina edir.

Daha sonra F. Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur və digər qızı Sənay Yağmur da ailələrində zorakılıq halları olduğunu təsdiqləyiblər.