Azərbaycan, Türkiyə və Gürcüstan XİN-nin görüş vaxtı bilindi

26 Sentyabr, 2019 10:26 | Siyasət | Baxış sayı: 10
Azərbaycan, Türkiyə və Gürcüstan bayraqları
Azərbaycan, Türkiyə və Gürcüstan bayraqları

Görüş Tiflisdə olacaq

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və David Zalkaliani arasında növbəti 8-ci görüş oktyabr ayında Tiflis şəhərində keçiriləcək.

Bu barədə E.Məmmədyarov və D.Zalkaliani arasında Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində baş tutan görüşdə bildirilib.

Görüşdə üçtəfəli görüşlə bağlı təşkilatı məsələlər müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan-Gürcüstan-Türkiyə formatında XİN başçılarının son 7-ci üçtərəfli görüşü ötən ilin oktyabrın 29-da İstanbul şəhərində keçirilib.