Putinlə Əliyev Bakıda nədən danışacaq?

26 Sentyabr, 2018 08:34 | Siyasət | Baxış sayı: 294
İlham Əliyev və Vladimir Putin
İlham Əliyev və Vladimir Putin

Rusiyalı ekspert və politoloqların iki liderin görüşü barədə proqnozları

Bu gün Bakıda Rusiyanın dövlət başçısı Vladimirt Putin ilə azərbayacanlı həmkarı İlham Əliyev arasında keçirilməsi planlaşdırılan görüş zamanı  iki ölkə arasındakı iqtisadi münasibətlər, regiondakı geosiyasi vəziyyət  müzakirə mövzusu olacaq. İstiPress-in məlumatına görə, rusiyalı yazıçı, İzborski klubunun sədri Aleksandr Proxanov belə düşünür.  

O, Rusiyanın Azərbaycanla həm siyasi, həm də iqtisadi əlaqələri möhkəmləndirmək niyyətinə diqqət çəkib. Onun sözlərinə görə, görüşlərin tezliyi özü buna əyani sübutdur. Proxanov Azərbaycanın Ermənistanın qərbə can atması fonunda Rusiya üçün önəmi də qeyd edib. O, bildirib ki, bu məsələ də Əliyev Putin danışılarında mütləq müzakirə ediləcək.

Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov da ermənilərlə bağlı məsələnin iki liderin danışıqlarında əsas müzakirə mövzusu olacağını düşünür. O, qeyd edib ki, Putinin Azərbaycan-Rusiya Regionlararası Forumu zamanı Bakıya gəlişi iki ölkə arasında münasibətlərin çox pozitiv mərhələdə olduğu və uğurla inkişaf etdiyinin göstəricidir.

Digər tərəfdən bu Ermənistan üçün hansısa bir ehyamdır. Axı bu gün Moskva-İrəvan münasibətləri o qədər də parlaq deyil. ”Mən düşünürəm ki, Putinin Bakıya səfəri İrəvana göstərəcək ki, yeni rəhbərlik  ölkəni çox təhlükəli zonaya aparır".

Ümumiyyətlə poliqtoloq əlavə edib ki, hazırki danışıqlar mövzusuna ilk növbədə energetika sahəsi, Xəzər dənizində əməkdaşlıq, Şimal-Cənub kimi nəqliyyat dəhlizi, eləcə də hərbi texnik əməkdaşlıq əsas müzakirə mövzusu olacaq. Markovun fikrincə, Putinin Azərbaycana müntəzəm səfərləri göstərir ki, iki ölkə münasibətləri bütün sahələrdə uğurla inklişaf edir.