Rusiya prezidentinin səfər proqramı açıqlandı
Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri sentyabrın 27-də səhər başlayacaq. "RİA Novosti”nin məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, Rusiyanın dövlət başçısı Düşənbədə MDB sammitində iştirak edəcək. "Sabah axşam prezident Düşənbədə qeyri-rəsmi naharda iştirak edəcək. Cümə günü isə tədbir çərcivəsində görüşlər baş tutacaq. Bundan öncə - sabah səhər isə o, Rusiya-Azərbaycan regionlararası forumun keçirildiyi Bakıya səfər edəcək".
Peskovun sözlərinə görə, Bakıda o həmkarı İlham Əliyevlə görüşəcək. İki lider region rəhbərləri ilə görüşəcək və onların qarşısında çıxış edəcəklər. "Buna qədər isə prezident hazırda Bakıda keçirilən cüdo üzrə dünya çempionatının bəzi görüşlərini izləyəcək”.