Paşinyan öz ata-babasını söyür

26 Sentyabr, 2018 13:36 | Siyasət | Baxış sayı: 242
Paşinyan
Paşinyan

Erməni nazirin 13 il qabaq yazdıqları üzə çıxdı

“Gəlin öz erməni əcdadlarımızı tərifləməkdən əl çəkək və özümüzə belə sual verək “onlar bizə nə miras qoyublar? Heç nə. Mən öz əcdadlarımızı lənətləyirəm, çünki onlar bu gün bizim daha şərəfli yaşamağımız üçün heç nə etməyiblər”. 

Ermənistanın baş naziri Nikol Paşinya 13 il öncə “Aykakan Jamanak” qəzetində yazdığı məqaləsində belə deyib. Baş nazir haqqında bu faktı isə başqa nəşr  - "Ermənistanın səsi" üzə çıxarıb. 

Maraqlıdır ki, bir müddət öncə Paşinyan çox sevdiyi küçə toplantılarında öz əcdadlarını müasir gəncliyə nümunə gətirirdi.

Baş nazir görəsən nə vaxt düz deyib? 13 il öncə, yoxsa bu gün. Əslində o özü də heç nə danışdığını bilmir. Çünki yalan danışmağı adət halına gətirib.