Azərbaycan taktiki raket istehsalına başlayıb, "Gürzə" isə xaricə satılır FOTO

26 Sentyabr, 2018 14:27 | Siyasət | Baxış sayı: 185
"Gürzə"
"Gürzə"

Maşın xüsusi təyinatlı qüvvələrin nəqli üçün nəzərdə tutulub

Azərbaycan taktiki raket istehsalına başlayıb. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi eksperimental taktiki raket “ADEX 2018” 3-cü Beynəlxalq müdafiə sərgisində nümayiş olunur.

203 mm kalibrli raketin döyüş başlığının kütləsi 50 kiloqramdır. INS GPS naviqasiya sistemi ilə təchiz olunan raketin start mühərrikinin işləmə müddəti 1,1 saniyədir. Raketin marş sisteminin işləmə müddəti isə 200 saniyədir.

Taktiki raketin uçuş məsafəsi 10-50 min metrdir. Çəkisi 250 kiloqram olan raketin uzunluğu 2,4 metrdir. 

Bundan başqa Azərbaycan istehsalı olan “Gürzə” patrul maşınının xaricə ixracı həyata keçirilib. Gürzə” patrul maşınının xaricə ixrac üçün hazırlanmış bir nümunəsi ADEX-2018 beynəlxalq müdafiə sərgisində MSN stendində nümayiş etdirilib.

İxrac edilən dövlət və ixrac sayı barədə məlumat verilməyib.

MSN-in Milli Aerokosmik Agentliyində (MAKA) “Toyota HiLUX” bazasında hazırlanmış və ilk nümunəsi 2012-ci ildə təqdim edilən “Gürzə” patrul maşını zirehsizdir. Maşın xüsusi təyinatlı qüvvələrin nəqli üçün nəzərdə tutulub.

Taktiki raket
Taktiki raket