Dünyanın gözü önündə qorxulu xəbərdarlıq - "Qiyamət qopacaq"

26 Sentyabr, 2018 12:18 | Siyasət | Baxış sayı: 436
ABŞ və İran
ABŞ və İran

İranın görüş təklifini rədd etməsi ABŞ-ı hiddətlənib

İranın Ali dini lideri Ayətullah Xamaneyinin ABŞ-ın görüş istəyini rədd etməsi iki ölkə arasındakı münasibətləri daha da gərginləşdirib. İstiPress-in məlumatına görə, ABŞ-dan bu gərginliyi daha da artıracaq açıqlamalar gəlməyə başlayıb. 

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində xüsusi mətbuat konfransı keçirib və İrana çox sərt çəkildə xəbərdarlıq edib. 

"Əgər müttəfiqlərimiz, tərəfdaşlarımız və vətəndaşlarımıza zərər versəniz qiyamət qopacaq. Bu ölüm saçan rejim və tərəfdarları davranışlarını dəyişməsələr nəticələrinə qatlanacaqlar. Sizi izləyirik".

ABD-ın dövlət katibi Maykl Pompeo da  İranınla nüvə anlaşması bağlayan ölkələrin Tehran rəhbərliyi ilə ticarət əlaqələrinə davam etmək üçün yeni mexanizm planı qurmalarına sərt reaksiya verib. "Bu, regional və qlobal sülhə, təhlükəsizliyə qarşı atılan ən zərərli addımdır".