Boris Conson istefa verə bilər

26 Avqust, 2020 12:08 | Siyasət | Baxış sayı: 89
Boris Conson
Boris Conson

Böyük Britaniyanın Baş naziri Boris Conson koronavirusdan sonra səhhətində yaranan problemlər səbəbindən 6 ay sonra istefa verə bilər.

İstiPress-in məlumatına görə, belə bir iddia ilə nazirin qohumları çıxış ediblər.

Məlumata görə, Conson hələ də koronavirusun nəticələrindən əziyyət çəkir və 2021-ci ilin əvvəlində istefaya gedəcək.

Xatırladaq ki, Boris Conson martın 27-də Covid-19-a yoluxub, apreldə isə xəstəxanadan evə buraxılıb.