XİN Abxaziyadakı qondarma seçkini tanımadı

26 Avqust, 2019 11:32 | Siyasət | Baxış sayı: 37
Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi

Azərbaycan Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyuir

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın Abxaziya bölgəsində 2019-cu il avqustun 25-də keçirilmiş qondarma “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb. 

Bəyanatda bildirilir ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 25 avqust 2019-cu il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni, həmçinin onların nəticələrini tanımır.

Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir.