Tramp Makronun arvadını, Melaniya Kanada baş nazirini öpdü

26 Avqust, 2019 10:13 | Siyasət | Baxış sayı: 141

Tramp xanımının əlindən tutmağa tələsib

Melanya Tramp əri Donald Trampın Fransa prezidentinin arvadı Bricit Makronla öpüşməsini cavabsız qoymayıb. 

BFM telekanalının canlı yayımı zamanı bu məqam diqqətdən qaçmayıb.

Rusiya mətbuatı xəbər verir ki, G7 sammitinin ikinci gününün nəticələrinə dair fotosessiyaya iştirakçı ölkə liderləri ilə yanaşı onların xanımları da dəvət olunub. 

ABŞ prezidenti Fransa liderinin xanımı Emmauel Makronula öpüşdüyü zaman Melanya Tramp ondan sağda dayanan Kanada baş naziri Castin Trüdoya yaxınlaşıb. 

Kanada təmsilçisi ilə ABŞ-ın birinci ledisi də bir-birilərinin yanaqlarından öpüblər. Bundan sonra Tramp xanımının əlindən tutmağa tələsib.