Putinin müşaviri: "Mehriban Əliyevanın gördüyü işlərə heyranam"

26 Avqust, 2019 09:24 | Siyasət | Baxış sayı: 46
Vladimir Tolstoy
Vladimir Tolstoy

Vladimir Tolstoy Vestnik Kavkaza"ya müsahibəsində o bildirib

Rusiya Prezidentinin mədəniyyət məsələləri üzrə müşaviri Vladimir Tolstoy Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban Əliyevanın həyata keçirdiyi işlərin vacibliyindən danışıb.

IstiPress-in məlumatına görə, "Vestnik Kavkaza"ya müsahibəsində o bildirib:  "Mən onun ictimai fəzada açıq seçilən fəaliyyətini - həm universitet təhsili üzrə proqramlarını, həm də onun rəhbərliyi ilə o cümlədən Rusiyada həyata keçirilən mədəniyyət proqramlarını çox yüksək qiymətləndirirəm".

"Bilirəm ki, ictimai məkanda görünən işlərlə yanaşı, sadə insanların rifahı üçün də çox işlər görülür. Bu, böyük, hərtərəfli və çoxillik bir zəhmətdir ki, öz parlaq bəhrələrini verir və uzunmüddətli gələcək üçün zəmin yaradır. Mehriban Əliyeva eyni zamanda Birinci vitse-prezident kimi böyük ləyaqətlə çox vacib humanitar işlər əerçəkləşdirir. Mən həmişə bu gözəl və ağıllı qadını heyranlıqla izləyirəm",- deyə Rusiya prezidentinin mədəniyyət üzrə müşaviri bildirib.