Əlahiddə Ümumqoşun Ordunun bölmələrində toplantı keçirilib - VİDEO

26 Avqust, 2019 18:55 | Siyasət | Baxış sayı: 69

SPQ-9 tank əleyhinə dəzgahlı qumbaraatanlardan döyüş atışları icra edilib

Əlahiddə Ümumqoşun Ordunun tank əleyhinə bölmələri ilə mütəxəssis toplantısı keçirilib.

İstiPress-ə Müdafiə Nazirliyindən verilən məlumata görə, toplantının sonunda SPQ-9 tank əleyhinə dəzgahlı qumbaraatanlardan döyüş atışları icra edilib.

Əsas məqsəd şəxsi heyətin və tank əleyhinə vasitələrin döyüş və döyüşə hazırlığının yoxlanılması olub.