Allahşükür Paşazadəyə “Heydər Əliyev” ordeni verildi

26 Avqust, 2019 11:06 | Siyasət | Baxış sayı: 33
Allahşükür Paşazadə
Allahşükür Paşazadə

Şeyxülislam xüsusi xidmətlərinə görə təltif edilib

Prezident İlham Əliyev Allahşükür Paşazadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin formalaşması, milli həmrəyliyin və mənəvi-əxlaqi dəyərlərin bərqərar olması sahəsində xüsusi xidmətlərinə görə Şeyxülislam Allahşükür Paşazadə “Heydər Əliyev” ordeni ilə təltif edilib.

Xatırladaq ki, bu gün həmçinin prezident İlham Əliyev Hacı Allahşükür Paşazadəni anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illiyi münasibətilə təbrik edib.