Tramp Makkeynin dəfninə dəvət edilməyəcək

26 Avqust, 2018 17:56 | Siyasət | Baxış sayı: 94
Donald Tramp  - ABŞ prezidenti
Donald Tramp - ABŞ prezidenti

Makkeynin 1 ay öncə vəsiyyət edib və ailəsi buna riayət edəcək

Son bir ildə beyin xərçəngindən əziyyət çəkdikdən sonra dünən axşam 82 yaşında vəfat edən amerikalı senator Con Makkeynin dəfn mərasiminə prezident Donald Tramp dəvət edilməyəcək.

İstiPress-in məlumatına görə, bu barədə Makkeynin 1 ay öncə vəsiyyət etdiyi və ailəsinin də buna riayət edəcəyi bildirilib.

Sabiq prezident Barak Obama isə dəfn mərasiminə dəvət ediləcək.

Tramp isə sadəcə başsağlığı verməklə kifayətlənib:

“Senator Makkeynin ailəsinə başsağlığı verirəm və ehtiramımı bildirirəm. Qəlblərimiz və dualarımız səninlədir!”

Sabiq prezidentlər Barak Obama, Corc Buş və Bill Klinton da başsağlığı veriblər.

Qeyd edək ki, Makkeyn 2000-ci ildə Respublikaçılar Partiyasından prezidentliyə namizədlərdən biri olub, lakin ilkin seçkilərdə qubernator Corc Buşa uduzub və Buş ABŞ Prezidenti seçilib.

2008-ci ildə Makkeyn Respublikaçılar Partiyasından prezidentliyə əsas namizəd olub, lakin demokrat Barak Obamaya uduzub. Son üç ildə Makkeyn Donald Trampın ən qatı tənqidçilərindən biri olub.

Con Makkeyn
Con Makkeyn