Con Makkeyn öldü

26 Avqust, 2018 10:21 | Siyasət | Baxış sayı: 142
Con Makkeyn
Con Makkeyn

Amerikanın beyin xərçəngindən əziyyət çəkən respublikaçı senatoru Con Makkeyn 81 yaşında dünyasını dəyişib.

İstiPress-in məlumatına görə, bu barədə senatorun ofisinin bəyanatında deyilir.

Makkeyn 2017-ci ildən beyin xərçənginin aqressiv şəkli olan qlioblastoma ilə mübarizə aparırdı. Cümə günü yaxınları onun müalicədən imtina etdiyini bildirmişdilər.