Donald Tramp BMT-də çıxış edəcək

26 Avqust, 2017 07:58 | Siyasət | Baxış sayı: 18
Donald Tramp
Donald Tramp

Sentyabrın 12-də BMT Baş Assambleyasının növbəti sessiyası öz işinə başlayır

ABŞ prezidenti Donald Tramp sentyabrında BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxış edəcək.

İstiPress rus mətbuatına istinadən xəbər verir ki, bu haqda ABŞ-ın BMT yanında daimi nümayəndəsi Nikki Heyli bəyan edib.

Qeyd edək ki, BMT Baş Assambleyasının növbəti 72-ci sessiyası sentyabrın 12-də BMT-nin mənzil-qərargahında başlayacaq.