Prezident Xəzərlə bağlı qanunu təsdiqlədi

26 İyul, 2019 08:44 | Siyasət | Baxış sayı: 35
Sərəncam imzalandı
Sərəncam imzalandı

Protokol ötən il iyulun 20-də Moskvada imzalanmışdı

Prezident İlham Əliyev "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasına Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi barədə Protokolun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanununu təqdiqləyib. İmzalanan sənəddə deyilir: 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasına Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi barədə 2018-ci il iyulun 20-də Moskva şəhərində imzalanmış Protokol təsdiq edilsin.