Ermənilərin yeni fantastik Qarabağ qalmaqalı

26 İyul, 2019 10:43 | Siyasət | Baxış sayı: 386
Qarabağda yol
Qarabağda yol

İşğal edilən ərazini Ermənistana birləşdirən yol çəkilir?

Ermənistandakı yeni fantastik məmur ideyaları siyasi qalmaqala səbəb ola bilər. Söhbət Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sözlərindən gedir. O, bildirib ki, 2020-ci ildə Ermənistanla Qarabağı birləşdirən uzunluğu 150 km olan yol tikintisi planlaşdırılır.

Bu sözlər böyük ictimai qalmaqala səbəb olub. Hərçənd Ərazi İnkişaf və İnfrastruktur Nazirliyi dərhal təkzib verib. Nazirlikdən bildiriblər ki, layihə hələ işlənib hazırlanma mərhələsindədir və onu maliyyələşdirmək üçün hələ vəsait yoxdur.

Bu məsələyə Ermənistanın məşhur politolqu Akop Vardanyan daha kəskin reaksiya verib. Onun sözlərinə görə, Qriqoryanın bəyanatı yeni hökumət üçün reallaşamayan daha bir vədə çevrilə bilər. “Bu yaxın zamanda günlərdə İran-Ermənistan dəmiryolunun və ya AES-in yeni blokunun inşaasına başlayacaqları barədə bəyanatlara çox bənzəyir. Məncə, Qriqoryanın sözlərində tikintinin başlaması yox, onun istefası daha aydın görünür. Çünki yüksək çinli məmurun belə məsuliyyətsiz bəyanatlar verməyə məsuliyyəti yoxdur”.

Ekspert Qarabağın taleyinin həll edildiyi vaxtda bu layihənin Azərbaycanın işğal edilən torpaqlarındakı qondarama rejimi tanımayan dünya ictimaiyyəti tərəfindən çox mənfi qəbul edilə biləcəyi barədə isə heç nə deməyib.