Ərdoğandan ABŞ-a mesaj: "F-35 vermirsiz? Onda inciməyin"

26 İyul, 2019 13:24 | Siyasət | Baxış sayı: 258
R.T.Ərdoğan
R.T.Ərdoğan

Prezident özünün və dostlarının hərbi ehtiyaclarını ödəyəcək Türkiyə mesajını verdi

"F-35 vermirsiz? Olsun, onda inciməyin. Biz yenə tədbirimizi alarıq, başqa yerlərə üz tutarıq". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

O, deyib ki, Rusiyadan aldıqları S-400-lərlə bağlı ABŞ-ın sağlam ağılla hərəkət edəcəyinə ümid edir. "S-400-lər gəlməyə davam edir. Gələn ilin aprelindən bu sistemlərdən fəal şəkildə istifadə edə biləcəyik. 

F-35-dən kənarlaşdırma başda olmaqla Türkiyəyə yönləndirilən heç bir təhdidin ölkəmizi təhlükəsizlik tədbirləri görməkdən çəkindirməyəcəyini demək istəyirəm". 

Ərdoğan qeyd edib ki, quruda, dənizdə və havada özünün və dostlarının ehtiyaclarını ödəyə biləcək Türkiyəyə az qalıb. "İnşaallah bir neçə il sonra bu sahədə başqa bir Türkiyə ilə qarşılaşacağıq. 

PYD-yə dəstək üçün on minlərlə TIR silah-sursatı pulsuz verirlər. Bizim stratejik müttəfiqimiz olaraq görünənlər verirlər. F-35-lə bağlı 1 milyard 400 milyon pul vermişik. 4 ədədi ABŞ-da pilotlarımıza təhvil veriblər, ölkəmizə gəlməyə icazə vermirlər. Sonra da niyə bizdən "Patriot2 almadın deyirlər. Biz verdiyimiz sözləri tuturuq. Obama vaxtında almaq istədik, vermədiniz. İndi də mane olmağa çalışırlar. Biz nə edəcəyik? Kim versə ona doğru gedəcəyik".