ABŞ-dan Türkiyəyə yeni S-400 təhdidi

26 İyul, 2019 11:11 | Siyasət | Baxış sayı: 89
S-400
S-400

"Bu sistemlərin əməliyyata hazır hala gətirilməməsini istəyirik"

Bütün təhdid və hədələrinə baxmayaraq Türkiyəni Rusiya istehsalı olan S-400 raket kompleksi alışı fikrindən yayındıra bilməyən ABŞ yeni yola əl atıb. ABŞ-ın baş katibi Maykl Pompeo ölkəni yeni sanksiyalarla hədələyib. "Bu qəbuledilməz addımdır, yeni sanksiyalar gələ bilər". 

Pompeo indi də S-400 sistemindən istifadə edilməsini istəmədiklərini dilə gətirib. O, bildirib ki, bu sistemin aktiv hala gətirilməsi qəbuledilməz bir haldır. 

Amerikalı məmur ilk mərhələdə Türkiyənin "F-35" proqramından çıxarılmasını xatırladıb:"Daha çox sanksiya tədbiq edilə bilər. Açıqcası S-400-lərin əməliyyat vəziyyətinə gətirilməməsini istəyirik. Məqsədimiz budur". 

Xatırladaq ki, Türkiyəyə S-400 sisteminin ilk təhvil-təslim prosesi artıq bitib.