Ordu günündə Milli Qəhrəmanı vətənində andı

26 İyun, 2020 10:52 | Siyasət | Baxış sayı: 221
Şəhid Çingiz Qurbanov
Şəhid Çingiz Qurbanov

Əslən Qusardan olan 9 yaşlı Bakı məktəblisi Fəxrəddin Abdullayev Azərbaycan Silahlı Qüvvələrinin 102-ci ildönümünə maraqlı videorolik hazırlayıb.

IstiPress-in şimal bürosunun məlumatına görə, yay tətili olduğundan və pandemiya ilə əlaqədar məktəblərdə dərslər onlayn keçirildiyindən Fəxrəddin Abdullayev Qusarda dincəlməkdən çox maraqlı ideyalar fikirləşir və həyata keçirir.

Onun belə ideyalardan biri Azərbaycanın Milli Qəhrəmanı, Qusar torpağının yetirməsi Çingiz Qurbanovla bağlı olub. Balaca məktəbli 2016-cı ilin sonunda təmas xəttində  xidmət edən Çingiz Qurbanovun erməni hərbçilərilə qeyri-bərabər döyüşdə əsir düşməsi, onun bu zaman xüsusi şücaət göstərməsi və 40 gündən sonra prezident İlham Əliyevin köməkliyilə əsirlikdən meyitinin geri alınması barədə valideynlərindən, nənə-babasından, mətbuatdan çox eşidib və bu il Milli Ordu günündə Çingiz Qurbanovun xatirəsini anıb.

Necə? Bakıdakı 251 saylı məktəbdə 3-cü sinifdə təhsil alan Fəxrəddin Abdullayev Çingiz Qurbanovun Qusar şəhərindəki xatirə barelyefini ziyarət edib. Rus dilində söylədiyi ürək sözlərilə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanova olan ehtiramını bildirib. Təbii ki, Azərbaycan əsgəri mahnısının sədaları altında.

Fəxrəddinin nənəsi, həkim-ginekoloq Anjela Əlifxanova  deyir ki, nəvəsi çox fəal uşaqdır: "Milli Ordu gününə hazırladığı bu videoroliki Fəxrəddin oxuduğu 251 saylı məktəbdə keçirilən müsabiqəyə təqdim edib. İngilis dilində sərbəst danışan, dzü-do ilə məşğul olan Fəxrəddin məktəbin bütün tədbirlərində fəal iştirak edir. Üzərində çox işləyir."

Allah qorusun!!!