Volodin rus məktəblərinə görə Azərbaycana təşəkkür etdi

26 İyun, 2018 10:15 | Siyasət | Baxış sayı: 39
Vyaçeslav Volodin - Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri
Vyaçeslav Volodin - Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri

Vəziyyət Rusiyaya yaxın digər ölkələrdən daha yaxşıdır

"Azərbaycanda rus dilini öyrənmək üçün Rusiyaya yaxın olan digər ölkələrdən daha çox məktəb və ali təhsil müəssisələri var". 

İstiPress-in məlumatına görə, bunu Bakıda səfərdə olan Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədovla görüşü zamanı bildirib.

Volodin rus dilinə qarşı bu diqqətə görə Azərbaycana öz təşəkkürünü bildirib.