Volodin Qarabağda gərginlik yaratmaq istəyənlərə səsləndi

26 İyun, 2018 10:39 | Siyasət | Baxış sayı: 128
Vyaçeslav Volodin
Vyaçeslav Volodin

“Rusiya hər zaman bu münaqişənin sülh yolu ilə həllinə tərəfdar olub"

Rusiya hər zaman Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olub və bu mövqeyi davam etdirir.

İstiPress-in məlumatına görə, bunu Dövlət Dumasının sədri Vyaçeslav Volodin Bakıda azərbaycanlı həmkarı Oqtay Əsədovla görüşdə bildirib.

“Rusiya hər zaman bu münaqişənin sülh yolu ilə həllinə tərəfdar olub. Münasibətlərin gərginləşməsinə tərƏfdar olanlar, xalqın sülh şəraitində yaşamaq istəyini dinləməyənlər əlbəttə ki, gərginlik yaratmaq yolu ilə gedirlər”, - V.Volodin bazar ertəsi Milli Məclisin sədri ilə görüşdə bildirib.

V.Volodinin sözlərinə görə, bu yoldan çəkinmək üçün əlindən gəlin etmək lazımdır.

“Bununla əlaqədar Azərbaycan hər zaman düzgün və konstruktiv mövqe tutub və gələcəkdə buna ümid edirik”, - Dövlət Dumasının spikeri qeyd edib.